Kanadada Gəncə terroruna qarşı etiraz yürüşü keçirildi - FOTOLAR

Kanadada Gəncə terroruna qarşı etiraz yürüşü keçirildi -  FOTOLAR
  25 Oktyabr 2020    Oxunub:2899
Kanadanın Vankuver şəhərində yaşayan azərbaycanlı icmanın təşkilatçılığı və Kanada Azərbaycanlıları Şəbəkəsinin ("Network of Azerbaijani Canadians") texniki dəstəyi ilə Qarabağ üçün həmrəylik nümayişi və Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq yürüş keçirilib.
Bu barədə Azvision.az -a Diaspora ilə iş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Vancouver Public Library" meydanına toplaşan aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktları nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.

Aksiyada “Qarabağ Azərbaycandır”, “Erməni təcavüzünə son”, “Mülki insanlar toxunulmazdır”, “Uşaq ölümünə son qoyun”, “Gəncə üçün dua et”, “Erməni terroruna son” kimi şüarlar səsləndiriblər.

Kanadada yaşayan dost xalqların nümayəndələri də öz bayraqları ilə aksiyaya qoşularaq Azərbaycana dəstəklərini nümayiş etdiriblər.







Azvision.az


Teqlər: Gəncə   Ermənitəxribatı  





Xəbər lenti