“Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik” - Prezident
Dövlətimizin başçısı qeyd edib ki, biz münaqişə genişlənsin deyə münaqişənin hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Onlar Rusiyadan münaqişə bölgəsinə hərbçilər göndərməyi xahiş etdilər. Bu, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik.
“Bizim mövqeyimiz ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar”, - deyə Prezident vurğulayıb.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev