Ermənilər bu dəfə Tarkanı “öldürdü”

  Ermənilər bu dəfə Tarkanı “öldürdü”
  24 Oktyabr 2020    Oxunub:4259
Döyüşlərdə ciddi itkilər verən və panikaya düşən Ermənistan tərəfi çıxış yolunu informasiya məkanında təxribatlarda görür.
Azvision.az -ın məlumatına görə, Ermənistan mətbuatı türkiyəli məşhurların hərbi formada olan fotolarını yayaraq onları Azərbaycanın "şəhidləri" kimi təqdim edirlər.

Bundan əvvəl, Ermənistanın ictimai radiosu tanınmış müğənni Sərdar Ortac və məşhur türkiyəli fenomen aşpaz Burak Özdemiri də Azərbaycan hərbçiləri kimi təqdim edib, onların guya "şəhid" olduğunu bildirmişdi.

Ermənilər bu dəfə Türkiyənin məşhur pop ulduzu Tarkanın fotosunu yayaraq, onun "öldürüldüyünü" yazıblar.

Azvision.az


Teqlər: Düşmən   Erməni   Tarkan  





Xəbər lenti