Ermənistanın raket atəşi nəticəsində 16 yaşlı yeniyetmə ölüb

Ermənistanın raket atəşi nəticəsində 16 yaşlı yeniyetmə ölüb
  24 Oktyabr 2020    Oxunub:5183
Ermənistanın mülki vətəndaşlara, xüsusilə uşaqlara qarşı müharibəsi davam edir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter”səhifəsində yazıb.

"Azərbaycanın Tərtər şəhərinə atılan “Smerç” raket hücumu nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan evlərinin bağçasında öldürülüb. Orxan hazırda mövsümü olan xurma yığırdı".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti