Misir Mərdanov yeni komissiya yaratdı

Misir Mərdanov yeni komissiya yaratdı
  03 Fevral 2014    Oxunub:1233
AMEA Riyaziyyat və Mexanika İnstitutunda Attestasiya Komissiyası yaradılıb. AzVision.az AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki,
Rəyasət Heyətinin qərarına əsasən AMEA Riyaziyyat və Mexanika İnstitutunda Attestasiya Komissiyasının tərkibi müəyyənləşdirilib.

Komissiya üzvləri ilə tanış olan institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov bildirib ki, attestasiya elmi işçilərin tutduqları vəzifələrə uyğun araşdırma məqsədi ilə peşəkar fəaliyyətin qiymətləndirilməsi əsasında aparılır.

Diqqətə çatdırılıb ki, attestasiya elmi işçilərin tədris və yaradıcılıq imkanlarının səmərəli istifadəsinə, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, kadrların seçilməsinin, hazırlanmasının və yerləşdirilməsinin optimallaşdırılmasına, elmi işçilərin mənəvi və maddi maraqlarının yüksəldiləsinə xidmət edir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında elm işçilərin attestasiyasının keçirilməsi Qaydaları” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli 181 nömrəli qərarı ilə təsdiq edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti