Ordubadda qədim abidə aşkarlanıb - FOTO

Ordubadda qədim abidə aşkarlanıb -   FOTO
  22 Oktyabr 2020    Oxunub:2908
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda qədim abidə aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən məlumat verilib.

Bölmənin Ordubad rayonu ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyasının cari ilin nəticələrinə həsr olunan tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev muxtar respublika ərazisində arxeoloji qazıntılar zamanı əldə olunan tapıntıların tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Xaraba Gilan arxeoloji ekspedisiyası Ordubad rayon ərazisində 15 ildən artıqdır ki, arxeoloji qazıntılarını davam etdirir.



Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli Xaraba Gilan arxeoloji ekspedisiyasının ərazidə apardığı qazıntı işlərinin yekun nəticələrini diqqətə çatdırıb. Bildirib ki, cari ildə Xaraba Gilan arxeoloji ekspedisiyası 64 kv. metr sahədə arxeoloji qazıntılarını davam etdirib. Tədqiqatlar nəticəsində 40-a qədər daş balta, Son tunc dövrünə aid gil küpün içərisində 5 ədəd tuncdan hazırlanmış boyunbağısı ilə birgə dəfn olunan uşaq qəbri və kurqantipli qəbirlər aşkar edilib. Arxeoloq həmçinin, Plovdağ yaşayış yerində aşkar olunan keramika qalıqlarından, eləcə də dağ daşından işlənilən tikililərlə bağlı iştirakçılara məlumat verib.

Tədbir çərçivəsində Xaraba Gilan arxeoloji ekspedisiyasının ərazidə aşkar etdiyi arxeoloji materiallar videogörüntü vasitəsi ilə iştirakçıların diqqətinə çatdırılıb.

Azvision.az


Teqlər: Naxçıvan   Ordubad   Abidə  





Xəbər lenti