“Düşmənin 30 illik müdafiə sistemi heç bir işə yaramır” - MN rəsmisi

 “Düşmənin 30 illik müdafiə sistemi heç bir işə yaramır” -    MN rəsmisi
  21 Oktyabr 2020    Oxunub:3259
Azərbaycan Ordusu tərəfindən aparılan əks-hücum əməliyyatlarında ermənilərin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. Onun sözlərinə görə, Azərbaycan Ordusu döyüşdə əsl qəhrəmanlıq nümayiş etdirir.

"Azərbaycan əsgəri Ali Baş Komandanın hər çıxışından güc alır və döyüş meydanında əsl peşəkarlıq və qəhrəmanlıq göstərir, düşmənə layiqli cavab verir. Düşmənin mövqeləri darmadağın edilir. Torpaqlarımız tezliklə işğaldan azad ediləcək. Qələbə bizimlədir!", - deyə MN rəsmisi qeyd edib.

Azvision.az


Teqlər: Ordu   Müdafiə-Nazirliyi   Düşmən  





Xəbər lenti