“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
  21 Oktyabr 2020    Oxunub:2354
“Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı oktyabrın 21-i üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, proqramda Azərbaycan və rus bölməsi üzrə dərslər izlənilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır.

Xatırladaq ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.

Azvision.az



Teqlər: Təhsil  





Xəbər lenti