Neft daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb

Neft daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb
  21 Oktyabr 2020    Oxunub:2182
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, qurum tərəfindən əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 20-si gündüzdən 21-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, şimal-qərb küləyi arabir güclənib.

Düşən yağışın miqdarı Sarıbaş (Qax), Zaqatalada 34, Balakəndə 29, Lənkəranda 11, Tovuz, Oğuzda 8, Kişçayda (Şəki) 7, Şəkidə 5, Şəmkir, Ceyrançöl, Quba, Qusarda 4, Astarada 3, Yardımlı, Lerikdə 2, Qəbələ, Daşkəsən, Qrız, Mingəçevir, Yevlax, Gədəbəy, Naftalan, Sumqayıt, Maştağa, Bakıda 1mm-dək olub.

Sumqayıt, Pirallahı, Çilov adası, Göygöl, Balakən, Zaqatala, Qusar, Qrız, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi Naftalanda 26 m/s, Neftçala, Ağstafa,Tovuzda 20 m/s, Biləsuvar, Salyan, Ağdamda 16 m/s, Bakıda və Abşeron yarımadasında 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Azvision.az


Teqlər: Hava   Dalğa  





Xəbər lenti