Azərbaycanda bir metrə yaxın qar yağdı

Azərbaycanda bir metrə yaxın qar yağdı
  03 Fevral 2014    Oxunub:996
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 3-ü səhərədək ölkə ərazisində şaxtalı hava şəraiti davam edib, bəzi ərazilərdə az qar yağıb.

Temperatur: Fevralın 02-də temperatur iqlim normasından 7 dərəcə aşağı olub.

Bakıda və Abşeron yarımadasında minimal temperatur 7-9, aran rayonlarında 7-10, Kiçik Qafqazda 20 dərəcəyədək şaxta, Böyük Qafqazda 11-15, bəzi ərazilərdə 21 dərəcəyədək şaxta, Naxçıvan MR-da 11-17 dərəcə şaxta təşkil edib.

Qar örtüyünün hündürlüyü: Lerikdə 65 sm, Lənkəranda 35 sm, Astarada 32 sm, Rvarudda 31 sm, Yardımlıda 25 sm, Altıağacda 23 sm, Şəki, Daşkəsəndə 18 sm, İsmayıllıda 17 sm, Kəlvəzdə 16 sm, Zaqatala, Qubada 15 sm, Ağstafa, Göytəpə, Qəbələdə 13 sm, Oğuzda 12 sm, Tovuzda 10 sm, Gədəbəydə 9 sm, Gəncə, Ceyrançöldə 8 sm, Xaçmazda 7 sm, Xınalıqda 6 sm, Tərtər, Şəmkir, Göygöldə 5 sm, Göyçay, Mingəçevir, Ağdərədə (Ordubad) 4 sm, Biləsuvarda 3 sm, Şamaxı, Mərəzədə 2 sm, Sumqayıtda 25 sm, Bakıda 6 sm, Maştağada 5 sm-ə çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti