Erməni vəhşiliyinin izləri: 5 nəfərin öldüyü evdən FOTOREPORTAJ
İşğalçıların mülki vətəndaşlarımıza qarşı törətdiyi qətliamlardan biri ötən ay Naftalan rayonunda qeydə alıınıb. Belə ki, Naftalan şəhərinin Qaşaltı kəndində ikisi uşaq, ikisi ahıl, biri gənc olmaqla bütöv bir ailə (Qurbanov Elbrus İsa oğlu, onun həyat yoldaşı Qurbanova Şəfayət Novruz qızı, gəlini Əmirova Afaq Dəmir qızı, orta məktəb şagirdləri olan nəvələri 2006-cı il təvəllüdlü Qurbanova Fidan Elşən qızı və 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar Nadir oğlu) həlak olub.
Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azvision.az 5 nəfərin həlak olduğu evdən yeni görüntüləri təqdim edir:
Foto: Şahin Sərdarov
Azvision.az
Teqlər: Naftalan