QMİ-dən şeyxlə bağlı deyilənlərə REAKSİYA

QMİ-dən şeyxlə bağlı deyilənlərə REAKSİYA
  01 Fevral 2014    Oxunub:1011
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə haqqında dedi-qodu, qeybət xarakterli məlumatlar onun nüfuzu və iradəsinə xələl gətirmək iqtidarında deyil.
Bunu Trend-ə Qazilər Şurasının məlum fətvasından sonra son günlər elektron və çap mediada QMİ sədri ilə bağlı gedən informasiyaları şərh edərkən qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.

R.Dadaşova bildirib ki, A.Paşazadə özünün bir qərinəlik - 33 illik fəaliyyəti ilə öz adını Vətən tarixinə həkk etdirmiş şəxsiyyətdir.

Xatırladaq ki, bir neçə gün öncə QMİ-nin Qazılar Şurası da bununla bağlı fətva verərək bəyan edib ki, bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunması narahatlıq doğurur. Həmçinin bildirilir ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyil: "Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik. Dindarlarımız, həmçinin dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlmiş məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələ alma yolu ilə cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırıq".

Bundan sonra A.Paşazadəyə qarşı sosial şəbəkələrdə və elektron, çap mediada kampaniya aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti