DİN bir gündə 15 nəfər həbs etdi

DİN bir gündə 15 nəfər həbs etdi
  01 Fevral 2014    Oxunub:1109
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ötən gün respublika üzrə 41 cinayət faktı qeydə alınmış, onların da 15-i “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 15 nəfər tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti