“Qarabağ” 7-ci dəfə qrup mərhələsində - YENİLƏNİB

 “Qarabağ” 7-ci dəfə qrup mərhələsində -  YENİLƏNİB
  02 Oktyabr 2020    Oxunub:7317
"Qarabağ" klubu Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxıb.
Azvision.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Polşa "Legiya"sı ilə qarşılaşıb.

Varşavanın "Voyska Polskoqo" stadionunda keçirilən görüş Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun 50-ci dəqiqəsində Patrik Andrade hesabı açıb. 62-ci dəqiqədə Abdullah Zubir komandasının ikinci qolunu vurub. Filip Ozobiç isə 70-ci dəqiqədə 3-cü qola imza atıb.

Bu qələbə sayəsində "Qarabağ" 7-ci dəfə Avroliqanın qrup mərhələsinə yüksəlib.

Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti