Ceyhun Bayramovun italiyalı nazirlə telefon danışığı olub

Ceyhun Bayramovun italiyalı nazirlə telefon danışığı olub
  02 Oktyabr 2020    Oxunub:2313
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.
XİN-dən Azvision.az -a verilən məlumata görə, nazir Luici Di Maio bölgədə mövcud olan son dərəcə gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib. O, gərginliyin azaldılmasının və sülhün təmin olunmasının vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi yeni təcavüz aktı, buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirləri barədə qarşı tərəfə məlumat verib.

Ermənistanın ənənəvi olaraq beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğu, Azərbaycanlı mülki əhali və infrastrukturu atəşə tutduğu və mülki insanlar arasında itkilərin olduğu İtaliya Xarici İşlər nazirinin diqqətinə çatdırılıb. Bölgədə gərginliyin əsasında Ermənistanın davam edən təcavüz siyasətinin olduğu vurğulanıb. Davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün BMT TŞ qətnamələri başda olmaqla, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməsinin zəruri olduğu qeyd olunub.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti