Bu sayt erməni yalanlarını tirajlayır

 Bu sayt erməni yalanlarını tirajlayır
  02 Oktyabr 2020    Oxunub:2666
Ermənistan tərəfi öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərlər tirajlamaqla məşğuldur. Bu məqsədlə onlar sosial şəbəkələrdə müxtəlif adlar altında səhifələr və saytlar açır, həmin platformalar vasitəsilə yalan xəbərlər yayırlar. İşğalçı ermənilərin məqsədi bununla vətəndaşlarımız arasında çaşqınlıq yaratmaqdır.
Azvision.az-ın məlumatına görə, ermənilərə məxsus “freeazerbaijan.info” adlı sayt məhz bu məqsədlə istifadə olunur. Belə ki, adıçəkilən sayt erməni yalanlarını tirajlayır.

Vətəndaşlarımızdan bu saytda paylaşılmış informasiyalara inanmamağı və ciddi xəbər kimi qəbul edilməməsi xahiş olunur.

Azvision.az


Teqlər: Təxribat  





Xəbər lenti