İstanbulda dəstək aksiyası: “Səninləyik Azərbaycan”

 İstanbulda dəstək aksiyası:  “Səninləyik Azərbaycan”
  02 Oktyabr 2020    Oxunub:2710
Oktyabrın 1-də İstanbulun Kadıköy rayonunda “Səninləyik Azərbaycan” şüarı altında növbəti dəstək aksiyası keçirilib.
Azvision.az xəbər verir ki, tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu deyib: “Artıq 28 ildir haqsız yerə, dünya ictimaiyyətinin gözü önündə Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bu işğala son verilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən alınan qərarın sonuna qədər arxasındayıq. Bölgədə sıxışıb qalan Ermənistan hazırda dünyadan kömək dilənir. Biz buradan Ermənistana səslənirik. Haqsız yerə işğal etdiyiniz Azərbaycan torpaqlarını dərhal tərk edin, Xocalı soyqırımını törədənlər dünya ictimaiyyəti qarşısında cəzalandırılsın, insanlar doğma yurd-yuvasına qayıtsın. Biz türk milləti olaraq bunu tələb edirik”.



Tədbir zamanı Azərbaycan Silahlı Qüvvələri sıralarına könüllü yazılmaq istəyən Türkiyə vətəndaşları ərizələrini aidiyyəti qurumlara çatdırılması üçün dərnək rəhbərinə təqdim ediblər.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı tədbirdə ölkəmizə dəstək şüarları səsləndirilib.



Azvision.az


Teqlər:





Xəbər lenti