Mərakeş Krallığı Qarabağla bağlı nota verdi

   Mərakeş Krallığı Qarabağla bağlı nota verdi
  01 Oktyabr 2020    Oxunub:3178
Mərakeşin Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinə ünvanlandığı 28 sentyabr 2020-ci il tarixli notasında Dağlıq Qarabağ regionundakı hərbi insidentlərin Mərakeş Krallığı tərəfindən narahatlıqla izləndiyi və günahsız mülki vətəndaşların ölümündən təəssüf hissinin keçirildiyi bildirilir.
Azvision.az -ın məlumatına görə, notada Mərakeş tərəfləri təmkinli olmağa, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll etməyə çağırır:

“Mərakeş Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, istənilən separatçılıq və ya silahlı üsyan addımlarını qınayır”.

Azvision.az


Teqlər: Mərakeş   Krallıq  





Xəbər lenti