MN rəsmisi: Düşmən xeyli sayda itki verib

      MN rəsmisi:    Düşmən xeyli sayda itki verib
  01 Oktyabr 2020    Oxunub:2487
Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad olunması istiqamətində qətiyyətli tədbirlərini davam etdirir.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, düşmən tərəfi Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir: "Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli, Horadiz, Cəbrayıl, Goranboy, Tərtər, Ağdam rayonlarını atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri ötən gecə ərzində düşmənə sarsıdıcı artilleriya zərbələri endirib. Düşmən xeyli sayda itki verib və ərazinin bəzi sahələrindən geri çəkiliblər.

Ermənistan tərəfinin guya bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır. Bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi vurulmayıb və bütün aviasiya vasitələri yerindədir".

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti