Ermənistanın 200-ə yaxın tankı, 228 artilleriya qurğusu məhv edilib

 Ermənistanın 200-ə yaxın tankı, 228 artilleriya qurğusu məhv edilib
  01 Oktyabr 2020    Oxunub:3727
"Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam edir”.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

Onun sözlərinə görə, əməliyyatın 5-ci gününün sonunda düşmənin xeyli itkisi var: “Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub”.

Mətbuat katibi qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus təyyarə və helikopterin vurulması barədə yayılan xəbərlər yalandır: “Bu müddət ərzində 200-dək tank, 228 artilleriya, yaylım atəş qurğusu, 30 ədəd hava hücumundan müdafiə sistemi, 6 komanda idarəetmə məntəqəsi, 5 silah sursat anbarı, 1 ədəd zenit-raket kompleksi sıradan çıxarılıb”.

Azvision.az



Teqlər:





Xəbər lenti