50 gömrükçü könüllü olaraq ordu sıralarına qatıldı

50 gömrükçü könüllü olaraq ordu sıralarına qatıldı
  01 Oktyabr 2020    Oxunub:4738
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində başlatdığı əks hücum əməliyyatlarında könüllü iştirak etmək üçün müraciət edən Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarından 50 nəfəri böyük ruh yüksəkliyi ilə hərbi hissələrə yola düşüblər.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, komitənin bütün əməkdaşları Azərbaycan Ordusunun qələbələrindən böyük qürur hissi duyur və səbirsizliklə cəbhəyə yollanacaqları anı gözləyirlər.

Qələbə sənindir, Azərbaycan Əsgəri!

Qarabağ Azərbaycandır!


Azvision.az



Teqlər: Gömrük  





Xəbər lenti