Benilüks Azərbaycanlıları Konqresindən erməni təxribatları ilə bağlı bəyanat

  Benilüks Azərbaycanlıları Konqresindən erməni təxribatları ilə bağlı bəyanat
  01 Oktyabr 2020    Oxunub:2972
Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi Ermənistan dövlətinin son hərbi təxribatları ilə bağlı bəyanat yayıb.
Bu barədə Azvision.az - a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bəyanatda bildirilir ki, dünyanın COVID-19 virusundan əziyyət çəkdiyi bir vaxtda Ermənistan silahlı qüvvələri 2020-ci ilin 12 iyul tarixində Azərbaycanın Tovuz rayonunda, atəşkəsi pozmuşdur. Sentyabrın 27-si isə təxminən səhər saat 06:00 radələrində ermənilər cəbhəboyu zonada yerləşən yaşayış yerlərini iriçaplı artilleriya qurğularından istifadə etməklə atəşə məruz qoyublar.

“Konrqes olaraq biz bu təxribatı kəskin şəkildə pisləyirik. Bu təxribatın nəticəsi olaraq hər iki ölkənin hərbçiləri və mülki əhalisi arasında həlak olanlar var. Bütün bunlar sivil dünyanın, demokratiya uğrunda mübarizə aparan ölkələrin gözü önündə baş verir. Ermənistanın işğlaçı qüvvələrinin Azərbaycana məxsus mülki obyektləri, xəstəxanaları və evləri atəşə tutması 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir”- deyə bəyanatda qeyd edilir.

Bəyanatda bildirilir ki, bu cür təcavüzkar aktlarla Ermənistan BMT-nin Nizamnaməsinə, dünya ictimaiyyətinə hörmətsizlik edir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə məhəl qoymur və özünün hücum siyasətini davam etdirir.

Bəyanatda konqres, dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edərək, işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi üçün işğalçı Ermənistana təsir göstərmələrini və BMT-nin yuxarıda göstərilən 4 qətnaməsinin beynəlxalq hüquq və normalar çərçivəsində yerinə yetirilməsini təmin etməyə çağırıb.

Azvision.az


Teqlər:





Xəbər lenti