“Ermənilərin məsuliyyətə cəlb edilməsi üçün bütün imkanlarından istifadə ediləcək” - Baş prokuror

 “Ermənilərin məsuliyyətə cəlb edilməsi üçün bütün imkanlarından istifadə ediləcək” -    Baş prokuror
  01 Oktyabr 2020    Oxunub:3698
"Riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə son günlər düşmənin silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc sakinlərimizə qarşı terror əməllərini davam etdirir, mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir".
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün imkanlarından istifadə edərək lazımı tədbirlərin görülməsi təmin ediləcək.

Azvision.az


Teqlər: Baş-prokuror   Kamran-Əliyev  





Xəbər lenti