Ermənilər Ağdamda ata və oğlunu qətlə yetirib

   Ermənilər Ağdamda ata və oğlunu qətlə yetirib
  01 Oktyabr 2020    Oxunub:3530
Ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha iki mülki şəxs ölüb.
Azvision.az APA-ya istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində rayonun Hacıməmmədli kənd sakinləri – 1966-cı il təvəllüdlü Məmmədov Mürşid Rəşid oğlu və onun oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Samir Mürşid oğlu həlak olublar.

Onları götürmək üçün gedən təcilli tibbi yardım maşınları da ermənilər tərəfindən atəşə tutulub.

Azvision.az


Teqlər: Ağdam   Təxribat  





Xəbər lenti