Təyyarə və helikopterin vurulması xəbəri yalandır - RƏSMİ

 Təyyarə və helikopterin vurulması xəbəri yalandır -  RƏSMİ
  01 Oktyabr 2020    Oxunub:3945
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması məlumatı yalandır.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması və İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır. Bildiririk ki, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir", - deyə nazirlik rəsmisi qeyd edib.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti