“Ayağımı itirsəm də, yenə döyüşmək istəyirəm” - Qarabağ qazisi

“Ayağımı itirsəm də, yenə döyüşmək istəyirəm” -  Qarabağ qazisi
  01 Oktyabr 2020    Oxunub:20725
"Keçmiş xüsusi təyinatlı olaraq Azərbaycan Ordusunun müharibəyə başladığını ilk dəfə eşidəndə qisas və torpaqlarımızı azad edəcəyimiz hissi keçirdim".
Bunu Azvision.az-a Qarabağ qazisi Eşqin Hüseynov deyib. O, əminliklə bildirib ki, tez bir zamanda Ordumuz torpaqlarımızı azad edəcək, işğala son qoyacaq:

“Yaşından asılı olmayaraq hər kəsin orduya yazılmaq istəməsini, sosial şəbəkələrdəki paylaşımlardan və gündəlik həyatımızda insanların vətənpərvərliyini müşahidə edirəm. Hər kəs bu şərəfli yolda, torpaqlarımızın azadlığı əməliyyatlarında iştirak emək istəyir. Müdafiə Nazirliyinin yaydığı uğurlu əməliyyat kadrlarını hamımız izləyirik. Ordumuzun məharəti, düşmənin mövqelərini, canlı qüvvələrini, hərbi texnikalarını yüksək dəqiqlik və sərrast atışlarla sıradan çıxarmasını izləyib qürurlanmamaq mümkün deyil. Ürəyimiz əsgərlərimizlə döyünür. Döyüşlərdə ayağımı itirsəm də, çox istərdim ki, yenə düşmənə qarşı vuruşum. Lazım gələrsə, sürünə-sürünə gedib iştirak etməyə hazıram".

Qeyd edək ki, Qarabağ qazisi Eşqin Hüseynov 13 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmətdə olub. O, 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis edilib.

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: Qazi   Eşqin-Hüseynov  





Xəbər lenti