ABŞ-da erməni təxribatları ilə bağlı kampaniya başladı

ABŞ-da erməni təxribatları ilə bağlı kampaniya başladı
  01 Oktyabr 2020    Oxunub:1955
ABŞ ictimaiyyətinin diqqətini təcavüzkar Ermənistanın bütün cəbhəboyu Azərbaycana qarşı genişmiqyaslı hücuma keçməsinə cəlb etmək məqsədilə bu ölkədə fəaliyyət göstərən Amerika Azərbaycanlıları Şəbəkəsi (US Azeris Network) məktub kampaniyasına başlayıb.
Diasprola İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, məktubda Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində genişmiqyaslı müharibənin başlamasından sonra ABŞ-ın strateji müttəfiqi olan Azərbaycanda hərbi vəziyyət elan olunduğu bildirilib.

Qeyd olunub ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşdirilmiş dəstələri Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca mövqelərini və cəbhə xəttinin ətrafındakı yaşayış məntəqələrini atəşə tutaraq Azərbaycana qarşı hücuma başlayıblar. Şiddətli atəş nəticəsində mülki şəxslərin öldürülüb ki, onların arasında bir ailənin beş üzvü və məktəbli şagirdlər də var.

"Ermənistanın təcavüzünə əks həmlə ilə cavab verən Azərbaycan silahlı qüvvələri Füzuli və Cəbrayıl rayonlarında bir neçə kəndi işğaldan azad edib, Murovdağdakı strateji yüksəkliklərə nəzarəti bərpa edib. Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə əməl etməklə silahlı qüvvələrini işğal altında olan Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxartmalıdır. Havadarları tərəfindən silahla təchiz edilən Ermənistana diplomatik və siyasi dəstəyin verilməsi davam edir. ABŞ müttəfiqləri ilə birlikdə Cənubi Qafqazdakı imperiya layihələrinə qarşı durmalıdır", - deyə məktubda qeyd edilir.

Azvision.az



Teqlər:





Xəbər lenti