Deputatlar Qırğızıstana gedir

Deputatlar Qırğızıstana gedir
  01 Oktyabr 2020    Oxunub:2252
Milli Məclisin bir qrupu deputatı Qırğızıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün oktyabrın 1-də Bişkek şəhərinə səfər edəcək.
Azvision.az xəbər verir ki, deputatlar Rauf Əliyev və Mixail Zabelin Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının, Musa Quliyev və Nizami Cəfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, Kamran Bayramov və Mahir Abbaszadə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidəçilər missiyasının tərkibində seçkiləri izləyəcəklər.

Milli Məclisin üzvləri bir sıra seçki məntəqələrində olacaq, səsvermənin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər.

Səfər oktyabrın 7-də başa çatacaq.

Azvision.az


Teqlər: Deputat   Qırğızıstan   Seçki  





Xəbər lenti