Hərbi prokuror: Cinayətlərin 99,5 faizi açılıb

  01 Oktyabr 2020    Oxunub : 1429
 Hərbi prokuror: Cinayətlərin 99,5 faizi açılıb
Cari ilin ötən dövrü prokurorluğun uğurlu mərhələsi kimi tarixin yaddaşına düşüb.
Azvision.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev “Xalq Qəzeti” qəzetində dərc edilən məqaləsində qeyd edib.

Onun sözlərinə görə, hərbi prokurorluğun və onun işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların minnətdarlığını ifadə edən müraciətlərin sayı ötən 9 ay ərzində 100-dən artıq olub.

Hərbi Prokuror əlavə edib ki, cari ilin birinci yarımilində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

Azvision.az

Teqlər: Hərbi-Prokurorluq