“Əminəm ki, yaxın günlərdə Ali Baş Komandana “Qələbə” raportu veriləcək” - Hərbi prokuror

   “Əminəm ki, yaxın günlərdə Ali Baş Komandana “Qələbə” raportu veriləcək” -    Hərbi prokuror
  01 Oktyabr 2020    Oxunub:4948
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz şanlı tarix yazır.
Azvision.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev “Xalq Qəzeti” qəzetində dərc edilən məqaləsində qeyd edib.

Onun sözlərinə görə, bütün bu uğurlar möhtərəm Prezidentin müdrik siyasətinin və qətiyyətinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdətinin nəticəsidir: "Əminəm ki, ardıcıl zəfərlər əldə edən şücaətli hərbçilərimiz yaxın günlərdə Qarabağda Ali Baş Komandanımıza “Qələbə” raportu verəcəkdir".

Azvision.az


Teqlər: Hərbiprokuror  





Xəbər lenti