Türkiyə Konstitusiya Məhkəməsinin sədri erməni təxribatını pislədi
Sədr Fərhad Abdullayev türkiyəli həmkarına təşəkkürünü bildirərək, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqların Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu tərəfindən tezliklə azad olunacağına, insanlığa qarşı törədilmiş cinayətlərə görə erməni separatçılarının beynəlxalq hüquqa əsasən məsuliyyət daşıyacaqlarına və azad ediləcək ərazilərdə Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bərpa ediləcəyinə əminliyini bildirib.
Sədr Zühtü Arslan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birgə səyləri nəticəsində bölgədə ədalətin zəfər çalacağına və qardaş ölkənin ərazi bütövlüyünün tezliklə bərpa olunacağına Türkiyə Konstitusiya Məhkəməsinin bütün hakim korpusunun inamını ifadə edib.
Azvision.az
Teqlər: TürkiyəKonstitusiyaMəhkəməsi