Budəfəki hərracda 10 dövlət əmlakı özəlləşdirilib

Budəfəki hərracda 10 dövlət əmlakı özəlləşdirilib
  30 Sentyabr 2020    Oxunub:1820
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən sentyabrın 29-da növbəti özəlləşdirmə hərracı keçirilib.
ƏMDX-dən Azvision.az -a bildirilib ki, hərracda 10 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 3-ü kiçik dövlət müəssisəsi, biri yarımtikili, 6-sı isə nəqliyyat vasitəsidir. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri İmişli və Qusar rayonlarında yerləşir.

Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin olunub. İştirak etmək istəyən şəxslərə seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracı qeydiyyatsız formada izləyə biliblər.

Növbəti dəfə keçiriləcək hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə Portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.

Azvision.az


Teqlər: Nazirlik  





Xəbər lenti