Belçikalı deputatı: “Azərbaycan tarixin doğru tərəfindədir”

    Belçikalı deputatı:  “Azərbaycan tarixin doğru tərəfindədir”
  29 Sentyabr 2020    Oxunub:3394
Milli Məclisin Sədri Sahibə Qafarovanın tapşırığı ilə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu Belçika Parlamentinin Azərbaycan dostluq qrupunun rəhbəri, deputat Tim Vandenput ilə videokonfrans formatında görüş keçirib.
Bu barədə Azvision.az -a Azərbaycan-Belçika Dostluq Qrupunun rəhbəri, deputat Kamal Cəfərov məlumat verib.

O bildirib ki, qrupun üzvləri deputatlar Nigar Arpadarai və Vüqar Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü barədə geniş məlumat veriblər.

Belçika Parlamentinin deputatı Tim Vandeput Ermənistanın cəbhə xəttində təxribatları nəticəsində həyatını itirən şəxslərə görə dərin hüznlə başsağlığı verib və bildirib ki, hazırda baş verənlər çox aydındır: “Möhkəm olun, inanın ki, siz tarixin doğru tərəfindəsiniz və beynəlxalq hüquq çərçivəsindəsiz”.

Tim Vandenput həmçinin bildirib ki, Belçika da BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu görüş və verilən geniş məlumatı Belçikanın xairici işlər nazirinə çatdıracaq.

Azvision.az


Teqlər: Belçika   Deputat  





Xəbər lenti