Müəllimlər İnstitutunun 4 filialı bağlana bilər

Müəllimlər İnstitutunun 4 filialı bağlana bilər
  30 Yanvar 2014    Oxunub:1168
AzVision.az xəbər verir ki,Təhsil Nazirliyi bu gün keçirilən konfrasda Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt, Gəncə, Mingəçevir və Salyan filiallarının fəaliyyətinin dayandırılmasına münasibət bildirib.

Qurumun Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib ki, hazırda Azərbaycan Müəllimlər İnstitutunun 11 filialı fəaliyyət göstərir və bu il 4 filiala qəbulun aparılması nəzərdə tutulmayıb:`Həmin filiallara qəbulun dayandırılması ilə bağlı Müəllimlər İnstitutunun rəhbərliyi nazirliyə müraciət edib. Əgər bu il həmin filiallara qəbul aparılmassa, gələcəkdə onlar bağlanacaq. Orada işləyən insanların işlə təminatı və harada yerləşdirilməsi hazırda nazirlikdə nəzərdən keçirilir. Sumqayıt Dövlət Universitetində müvafiq müəllim ixtisasları var ki, bəzi müəllimlər ora göndəriləcək. Gəncədə də 3 universitet var və Müəllimlər İnstitutunun Gəncə filialının həm müəllimləri, həm də təhsil alanlar oraya yerləşdiriləcək. Pedaqoji müəllim kontingenti digər ərazilərdəki yaxın ali məktəblərə də yerləşdirilə bilər`.

AzVision.az


Teqlər:





Xəbər lenti