Müdafiə Nazirliyindən xəbərdarlıq: S-300 kompleksi məhv ediləcək

    Müdafiə Nazirliyindən xəbərdarlıq:   S-300 kompleksi məhv ediləcək
  29 Sentyabr 2020    Oxunub:16725
Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq işğal olunmuş ərazilərimiz istiqamətində hərəkət edir.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir. Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır", -deyə V.Dərgahlı vurğulayıb.

Azvision.az


Teqlər: Erməni   S-300   Məhv  





Xəbər lenti