Hikmət Hacıyev xarici jurnalistləri Azərbaycana dəvət edib
Mülki əhali arasında həlak olan və yaralananların olduğunu təəssüflə bildirən Prezidentin köməkçisi indiyədək 2-si azyaşlı olmaqla 10 nəfərin həlak olduğunu və 30 nəfərin yaralandığını qeyd edib.
Habelə, H.Hacıyev ordumuzun əsas məqsədinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, ələlxüsus ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsi olduğunu bildirib.
Daha sonra, H.Hacıyev jurnalistlərin suallarını cavablandırıb və onları Azərbaycana dəvət edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Prezidentinköməkçisi