“Düşmənin əks-hücum cəhdi dəf edilib” - Vaqif Dərgahlı

   “Düşmənin əks-hücum cəhdi dəf edilib” -    Vaqif Dərgahlı
  29 Sentyabr 2020    Oxunub:1721
“Düşmənin əks-hücum cəhdi dəf edilib”.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib.

V.Dərgahlı qeyd edib ki, geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb.

Azvision.az


Teqlər: Erməni   Məhv   Meyit  





Xəbər lenti