XİN-dən beynəlxalq ictimaiyyətə müraciət

XİN-dən beynəlxalq ictimaiyyətə müraciət
  29 Sentyabr 2020    Oxunub:3232
Azərbaycanın mülki əhalisinin və mülki infrastrukturun hədəfə alınması Ermənistanın məsuliyyət daşıdığı müharibə cinayətləridir.
Azvision.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

XİN rəsmisi bildirib: “Biz Ermənistanın bu müharibə cinayətlərini qətiyyətlə qınayırıq və mülki şəxsləri məqsədyönlü şəkildə atəşə tutaraq onları qorxu içində saxlamaq cəhdlərinə son verməsini tələb edirik. Eyni zamanda, beynəlxalq ictimaiyyəti Ermənistanın başlatdığı bu yeni təcavüz aktını, eləcə də bu təcavüz çərçivəsində mülki şəxsləri və mülki infrastrukturu məqsədyönlü şəkildə hədəfə alınmasını kəskin şəkildə qınamağa, həmçinin Ermənistan tərəfindən beynəlxalq hüquqa, eləcə də beynəlxalq humanitar hüquq çərçivəsində öz üzərinə götürdüyü öhdəlikləri təmin etməyə çağırırıq”.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti