Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır - RƏSMİ

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır -  RƏSMİ
  29 Sentyabr 2020    Oxunub:3494
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Vardanes rayonu ərazisində yerləşən hərbi hissəni atəşə tutması ilə bağlı Ermənistanın Müdafiə Nazirliyinin yaydığı informasiya tamamilə yalandır.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri həmin ərazidən Azərbaycan mövqelərini atəşə tutur.

Qeyd edək ki, yalan məlumatı Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan yayıb.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti