İƏT Ermənistanın hərbi təcavüzünü pislədi

   İƏT Ermənistanın hərbi təcavüzünü pislədi
  29 Sentyabr 2020    Oxunub:1933
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən bəyanat yayıb.
Azvision.az -ın məlumatına görə, İƏT Baş Katibliyinin yaydığı bəyanatda Azərbaycan ərazisində Ermənistanın növbəti hərbi təxribat törətməsi və atəşkəs rejimini pozaraq hücuma keçməsi, mülki vətəndaşları qətlə yetirməsi qətiyyətlə pislənilib.

İƏT Azərbaycan Respublikası ilə həmrəyliyini ifadə edərək, Ermənistanı təşkilatın qərarlarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə, qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa çağırıb.

Eyni zamanda, tərəflər arasında sülhün Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində təmin edilməsi vurğulanıb.

Azvision.az


Teqlər: İƏT   Bəyanat  





Xəbər lenti