Türkiyənin Baş Ombudsmanı cəbhədəki vəziyyətlə maraqlandı

Türkiyənin Baş Ombudsmanı cəbhədəki vəziyyətlə maraqlandı
  29 Sentyabr 2020    Oxunub:2380
Bu gün Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya zəng edib.
Ombudsman Aparatının Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Şərəf Malkoç 27 sentyabr tarixindən başlayaraq Ermənistanın təxribat xarakterli hərbi hücumlarının qarşısını alarkən həyatlarını itirən hərbi qulluqçular, eyni zamanda dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin iriçaplı silahlarla atəşə tutulması nəticəsində həlak olan mülki şəxslərlə bağlı dərin hüznlə başsağlığı verib, yaralananlara isə Allahdan şəfa diləyib.

Türkiyənin Baş Ombudsmanı eyni zamanda döyüşlərin getdiyi təmas xəttindəki vəziyyətlə də maraqlanıb. O bildirib ki, bir millət, iki dövlət olaraq Türkiyə daim qardaş Azərbaycan xalqının yanındadır və onun haqq işini hər zaman olduğu kimi dəstəkləyir.

Azəbaycan Ombudsmanı Səbinə Əliyeva diqqətə və dəstəyə görə Şərəf Malkoça təşəkkürünü bildirib. O, iki qardaş ölkə arasında dostluq münasibətlərinə toxunaraq, Azərbaycanın daim Türkiyənin dəstəyini hiss etdiyini qeyd edib.

Azvision.az


Teqlər: Ombudsman  





Xəbər lenti