“Ermənistan hərbi təxribatları əvvəldən planlaşdırmışdı”- Deputat

“Ermənistan hərbi təxribatları əvvəldən planlaşdırmışdı”-  Deputat
  28 Sentyabr 2020    Oxunub:3169
“Ermənistanın növbəti hərbi təxribatı, onların faşist mahiyyətini bütün dünyaya bir daha göstərdi”.
Bunu Azvision.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib. O bildirib ki, Ermənistan odrusunun son günlər həmlələr edərək yeni ərazilər tutmağa çalışması, mülki şəxsləri, yaşayış məntəqələrini atəş altında saxlaması əvvəldən planlaşdırılmış təxribatlar idi:

“Bununla bağlı Prezident də dünya ictimaiyyətini xəbərdar etmişdi ki, işğalçı ölkə müharibəyə hazırlıqlar görür. Təbii ki, biz bundan sonra da bütün mümkün ssenarilərə hazır olmalıyıq. Ermənistanın yaşayış məntəqələrimizi dağıdaraq aktiv şəkildə hərbi təxribatlar törətməsində yalnız bir məqsədi var ki, bu da Azərbaycan cəmiyyətini təşviş içində saxlamaqdır.

Lakin onlar anlamalıdırlar ki, Dağlıq Qarabağla bağlı istənilən müharibə və mücadilə Azərbaycan üçün ümümxalq mübarizəsidir və xalq - ordu birliyi bizi digərlərindən fərqləndirən ən gözəl xüsusiyyətlərdəndir. On minlərlə insanın orduya könüllü əsaslarla yazılması, eləcə də düşmən təxribatları zamanı öz evlərini tərk etməməsi faktı, xalqın orduya olan sonsuz inamından xəbər verir.

Biz haqq mübarizəsi aparırıq. Son günlərdə milli ordumuzun Ermənistan hərbçilərinin hücumlarına cavab olaraq əks-hücumlar həyata keçirməsi və bunun nəticəsində yaşayış məntəqələrinin və bir neçə strateji yüksəkliyin işğaldan azad olunması xalqımızı böyük qələbəyə daha da yaxınlaşdırdı”.

Tural Tağıyev
Azvision.az



Teqlər: Erməni-Təxribatı   Azərbaycan   Cəbhə  





Xəbər lenti