Ağdərə istiqamətində düşmən geri çəkilməyə məcbur edildi - VİDEO

 Ağdərə istiqamətində düşmən geri çəkilməyə məcbur edildi -  VİDEO
  28 Sentyabr 2020    Oxunub:4339
Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.
Bu barədə Azvision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.



Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti