Bakı metrosunun iş qrafikində dəyişiklik olmayacaq

   Bakı metrosunun iş qrafikində dəyişiklik olmayacaq
  28 Sentyabr 2020    Oxunub:2465
Ermənistan silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bütün ölkə ərazisində 2020-ci il 28 sentyabr saat 00:00-dan hərbi vəziyyət elan edilib.
"Bakı Metropoliteni" QSC-dən Azvision.az -a verilən məlumata görə, bir sıra regionlarda, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.

""Bakı Metropoliteni" QSC sərnişinlərin diqqətinə çatdırır ki, mövcud vəziyyətdə Bakı metropoliteninin iş qrafikində hər hansı dəyişiklik nəzərdə tutulmayıb. Metropoliten stansiyaları, əvvəlki qayda ilə – saat 6:00-dan 00:00-dək sərnişinlərin girişinə açıq olacaq".

Azvision.az



Teqlər: Metro  





Xəbər lenti