Hulusi Akar Ermənistana xəbərdarlıq etdi: Dərhal torpaqları boşaldın!

Hulusi Akar Ermənistana xəbərdarlıq etdi:  Dərhal torpaqları boşaldın!
  28 Sentyabr 2020    Oxunub:5376
Ermənistan Azərbaycan torpaqlarını dərhal boşaltmalıdır.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

"Ermənistan xarici dövlətlərdən gətirdiyi muzdlu döyüşçüləri və terrorçuları öz dövlətlərinə geri göndərməli, işğal etdiyi Azərbaycan ərazilərini boşaltmalıdır. Beləliklə, atəşkəsə, sülh və sabitliyı yol açılmalıdır", - H.Akar əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hulusi-Akar  





Xəbər lenti