Ermənistanda bütün xəstəxanalar yaralılara görə boşaldıldı

 Ermənistanda bütün xəstəxanalar yaralılara görə boşaldıldı
  28 Sentyabr 2020    Oxunub:4039
Ermənistan xəstəxanalarında mülki vətəndaşların qəbulu dayandırılır.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan əmr imzalayıb.

Əmrə əsasən, hazırda xəstəxanada müalicə alan vətəndaşlar sağlamlıq vəziyyətləri qiymətləndirildikdən sonra evə buraxılacaq. Xəstəxanalar yaralı erməni hərbçilər üçün ayrılacaq.

Qeyd edək ki, hazırda cəbhə bölgəsində davam edən döyüşlər zamanı işğalçı Ermənistan ordusu ağır itkilər verib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, düşmənin 550 nəfərdən artıq itkisi var.

Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında ehtiyat qan çatışmazlığı mövcuddur.

Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti