Prezidentin köməkçisi və XİN rəhbəri diplomatlarla görüş keçirdi
Azərbaycan Respublikasının Prezidentinin mövcud vəziyyət ilə bağlı Azərbaycan xalqına etdiyi müraciətə, eləcə də dövlət rəhbəri tərəfindən Təhlükəsizlik Şurasının iclasında verilmiş təlimatlara istinadən diplomatik nümayəndəliklərimiz üzərilərinə düşən vəzifələr ilə bağlı məlumatlandırılıb. Mövcud vəziyyətdə diplomatik nümayəndəliklərimizin xüsusi şəkildə fəaliyyətə keçdiyi vurğulanıb, eləcə də xarici ölkələrdə ermənilər tərəfindən təxribatların törədilməsi ehtimalının yüksək olması səbəbindən diplomatlarımızın, həmçinin bu ölkələrdəki həmyerlilərimizin son dərəcə ehtiyatlı davranması məsləhət görülüb.
Görüşdə, həmçinin diplomatik nümayəndəlik və konsulluqlarımıza yaranmış bu vəziyyətdə Azərbaycanla bağlı və bölgədəki vəziyyətə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün lazımı tədbirləri görməsi tapşırılıb.
Azvision.az
Teqlər: XİN