“Səfərbərlik yox, hərbi vəziyyət elan olunub” - Polkovnik

  “Səfərbərlik yox, hərbi vəziyyət elan olunub” -    Polkovnik
  28 Sentyabr 2020    Oxunub:7988
Məlum olduğu kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən ölkənin bütün ərazisində hərbi vəziyyət elan edilib. Xüsusi vurğulamaq istəyirəm ki, hərbi vəziyyət ölkəmizdə səfərbərliyin elan olunması anlamına gəlmir.
Azvision.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının şöbə rəisi polkovnik Əjdər Babazadə deyib.

Polkovnik bildirib ki, mövcud qanunvericiliyə əsasən, səfərbərlik – Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilat-ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksidir.

“Bu gün səfərbərlik yox, ölkə ərazisində hərbi vəziyyət elan olunub. Səfərbərlik elan olunacağı halda, KİV-lər, sosial şəbəkələr vasitəsilə elan olunacaq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir. Zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcəkdir”, - deyə Əjdər Babazadə qeyd edib.

Azvision.az


Teqlər: Səfərbərlik   Polkovnik   Əjdər-Babazadə  





Xəbər lenti