Pakistan XİN: Qardaş Azərbaycanı dəstəkləyirik

    Pakistan XİN: Qardaş Azərbaycanı dəstəkləyirik
  28 Sentyabr 2020    Oxunub:4023
Pakistan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yayıb.
Azvision.az xəbər verir ki, Pakistan Xarici İşlər nazirliyinin bəyanatında deyilir:

“Erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”.

Azvision.az


Teqlər: Pakistan   XİN  





Xəbər lenti