Ermənilərin dəhşətli cinayəti: Bir ailənin 5 üzvünü qətlə yetirdilər
"Dərin kədər hissi ilə bildiririk ki, Ermənistan silahlı birləşmələrinin dinc Azərnaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşlar.
Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: Prokurorluq